3 gün (30 saat) ərzində oynadığım tək oyun, tez bağımlılıq yaratdığı kimi də tez özündən soyudan oyunlardan biri. Oyunda istədiyin hər şeyi əldə etdikdən sonra poxu çıxır, nə qədər götündən senarilər uydursanda davam edə bilmirsən - bu məsələ əsasən buna bənzər oyunlarda çox olur. God mode çakraların açılır sonra da sıxılırsan oyundan.
məqsəd əlinin altındakı qaynaqlardan istifadə etməklə planetdə sağ qalmaqdır sonra daha da inkişaf edib fabrikalar yaradıb idarə etməklə həyatda sağ qalmalısan. Sağ qalmalısan deyəndə free map modunda keflərinə düşəndə sənə və qurduğun hər şeyə hücüm edən yerli canlılar var, aliens də demək olar. Ama budəfə yad planetdən gələn sən olursan. ya da qəzaya uğrayıb planetə düşən - campaign oynamadıgım üçün çox da söhbəti başa düşmədim. Məqsəd də bütün bu əziyyətlərə dözüb özünə kosmik gəmi düzəltməkdi ki, onla da oyun boyunca əlləşib düzəltdiyin planeti tərk edəsən. Mən də soxum öz planetimə deyib gəmi düzəltməkdən başqa hər şey etdim. axırda yerlilər də bu gijdillaq gedən deyil deyib hücumlarından əl çəkmişdilər.
Oyun ən yaxşı xüsusiyyətlərindən biri də çox ayrıntılı olmasıdır. məsələn plastik material əldə etmək üçün 3 ayrı element istehsal edən zavod tikməlisən. Zavodlar da elektriknən bəziləri də kömür yaxud petrol tələb edir işləmək üçün. Petrol demişkən məni ən çox narahat edən qaynaq idi, mapda çox az yerdə vardı, nə qədər yerli qırmalı oldum petrol üçün :( . Çox uzaqdakı qaynaqları da zolaqlarnan ya da qatarnan daşımaq olar. tank və sadə avtomobil düzəltmək olur, tranportasiyanın ən inkişaf etmiş forması da dronlardı. avtomatlaşdırma çox önəmlidir, oynuyanın məntiqindən tam asılıdır, sadə proqram yazmanın oyun növü demək olar. Gündə ən azı 6 saat boş vaxtınız varsa oynayın.
oyunu pirat oynadım, multiplayer oynamaq istəyən mənə də alsın oynayaq dahi zəkamdan birlikdə faydalanaq
bir iki ss atıram oynadıgım tək mapdan
Dron istehsalı üçün düzəltdiyim fabrik-zavod sistemi
| Sağda Günəş panelləri - Solda isə elektriki depolayan akumlaytor şəbəkəsi, gecələr elektrikdən istifadə üçün |
| Mapın görüntüsü, qırmızı nöqtələr yerli qardaşlardı |
Qaqa Telfonumu versem rutduyA biersennnn
YanıtlaSil